Bağçada döyülən azyaşlının atası GÖRÜN nə etdi:

Ötən gün İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı şiddət göstərildiyini videoya çəkən şəxslə bağlı məlumat var.

Metbuat.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə videogörüntüləri sosial şəbəkələrdə yayımlayan tələbənin azyaşlının atası tərəfindən təhsil aldığı kollecdən qovulduğunu deyib.


"Azyaşlı ilə bağlı video çəkən İsmayıllı rayonu Aşağıbağ 1 saylı uşaq bağçasının digər işçisi, məlumata görə təhdid edilir. Onun müdafiəsinə hər birinizi səsləyirəm”, - deyə Ağazadə əlavə edib.

Azyaşlının atasının İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev olduğu barədə məlumat yayılmışdı.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə məlumatı təkzib edib: "Kollec müdiri və ya müavini öz istəyi ilə kimisə qova bilməz", - deyə qurum rəsmisi bildirib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR