Qazaxıstanın 4 bölgəsində fövqəladə vəziyyət ləğv edildi

Qazaxıstanda etirazlar səbəbilə 4 bölgədə elan edilən fövqəladə vəziyyəti ləğv edilib.

Metbuat.az xəbər verir ki, bu barədə prezident Qasım-Jomart Tokayev sərəncam imzalayıb. Məlumata görə, həmin bölgələrdə vəziyyət tam sabitləşib. Ciddi təhlükə yoxdur.

Qeyd edək ki, yanvar ayının 5-də ölkənin 14 əyalətində və 3 böyük şəhərində fövqəladə vəziyyət elan edilmişdi.Hazırda 8 bölgədə fövqəladə vəziyyət davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR