Cüdo üzrə Azərbaycan birinciliyində tarixi göstərici qeydə alınıb

18 yaşadək yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi tarixə düşüb.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ilk dəfə paytaxt Bakı istisna olmaqla 34 müxtəlif regiondan idmançılar yarışa qatılıblar.

Qeyd edək ki, turnir yanvarın 16-da başa çatacaq. Ölkə birinciliyində 570-ə yaxın (479 oğlan, 89 qız) cüdoçu mübarizə aparır. Yarışın əsas məqsədi Azərbaycanda cüdonun coğrafiyasını genişləndirmək, yeniyetmələr arasında idmanın kütləvi təbliğinə və təşviqinə nail olmaq, eyni zamanda perspektivli namizədlərin yığma komandaya seçməkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR