İtaliya klubu Şevçenkonu istefaya göndərib

İtaliyanın "Cenoa" klubu baş məşqçisi Andrey Şevçenko ilə yollarını ayırıb.

Metbuat.az xəbər verir ki, 46 yaşlı ukraynalı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

İtaliya Kubokunda mübarizəni dayandıran "Cenoa" A Seriyasında Andrey Şevçenkonun rəhbərliyi altında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda 21 oyundan 12 xalla 19-cu yerdə gedir.

Qeyd edək ki, Şevçenko ötən ilin noyabrında baş məşqçi təyin edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR