Daha bir vətəndaşımız minaya düşdü

Goranboy sakini minaya düşüb.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qurumuş çayın yatağından keçərkən minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun sol ayağı amputasiya edilib.

Hazırda vəziyyəti orta ağırdır.

Faktı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov saytımıza təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR