Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşə öz ərazisində ev sahibliyi etmək istəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o bu barədə çıxışı zamanı danışıb.

Ərdoğan qeyd edib ki, Ankara Rusiya ilə Ukrayna arasında müharibə mühitinin formalaşmasına təəssüflənir.

“Putinlə Zelenski arasında görüş keçirməyi nəzərdə tuturuq. Gələn ayın əvvəlində Ukraynaya səfərim olacaq”, - deyə Türkiyə lideri bildirib.