Kriptovalyuta bazarında KƏSKİN ucuzlaşma:

Son 24 saatda kriptovalyuta bazarında 7.3%-lik ucuzlaşma müşahidə olunub.

Metbuat.az kriptovalyuta bazarını təhlil edən “CoinGecko” platformasına istinadən xəbər verir ki, son 24 saatda dünyanın aparıcı kriptovalyutası olan "Bitcoin"in qiyməti 7.6% ucuzlaşaraq 38 min ABŞ dollar olub. Bu da son 1 həftədə 8.8% ucuzlaşma deməkdir.

Qeyd edək ki, 2021-ci ilin avqust ayından bu yana ilk dəfədir ki, "Bitcoin" bu qədər ucuzlaşıb.

Bundan başqa, "Ethereum"un qiyməti də son bir sutkada 9.1% ucuzlaşaraq 2.861 min ABŞ dollarına enib. Nəticədə, son 1 həftədə müşahidə olunan ucuzlaşma 12.1% olub.

Beləliklə, kriptovalyuta bazarının toplam dəyəri 1,94 trilyon ABŞ dollarına düşüb.

"CoinGecko"nun Bakı vaxtı ilə saat 10:30-a olan məlumatları aşağıdakı kimidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR