x
Loading...

Azərbaycanın millisinin futzalçılarının növbəti testləri də pozitiv çıxıb

Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının ilk matçında iştirak etməyəcək.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, hər iki oyunçudan götürülmüş PCR testi də pozitiv çıxıb.

Onlar Niderlandda qaldıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.

Qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVID-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativ olub.

Qeyd edək ki, Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR