Əfqanıstanda partlayış oldu,

Əfqanıstanın Herat şəhərində baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə yerli "Etilaat Roz" qəzeti mənbələrə istinadən bildirib.

İlkin məlumata görə, Heratın Hacı Abbas məhəlləsində sərnişin mikroavtobusu partladılıb.

"Taliban" hərəkatının regional nümayəndələri partlayışı təsdiqləyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR