Türkiyənin Balıkesir vilayətinin Dursunbəy rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Episentri Dursunbəy rayonu olan 4,7 bal gücündə zəlzələ saat 22.31-də qeydə alınıb.

Zəlzələ İstanbul və Bursada da hiss olunub.

Təbii fəlakətin 11,49 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.