KVN komandası niyə “Şuşa” adını “Buta”ya dəyişib? -

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını “Buta” olaraq dəyişib.

Metbuat.az-ın Baku TV-yə istinadən xəbərinə görə, komandanın rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov məsələ barədə açıqlama verib.

“Birinci turda bütün komandalar iştirak edirlər. Bu tura KVN-in 10-dək redaktoru baxır. Komandanın aqibəti ikinci turdan sonra məlum olur.

Birinci turdan sonra iclas oldu. İclasda redaktorlardan biri – Araik soyadlı redaktor dedi ki, filan komandalar ikinci tura keçir, “Şuşa” komandası yalnız adını dəyişsə, iştirak edə bilər. O söylədi ki, mənə bunu Ruben deyib. Ruben adlı burda bir nəfər var – o, Maslyakovun müavinidir.

Ruben Jaqinyan orada vəzifə və söz sahibidir. Dedim ki, olar qərarı Maslyakov versin? Dedilər, yaxşı.

İkinci turda hansı komandaların oynayacağını Ruben həll edir. Dedik ki, onda ikinci tur üçün adımızı dəyişək, Ruben bizi buraxsın, icazə versin ki, ikinci turda iştirak edək”, - M.Abbasov bildirib.

O qeyd edib ki, hazırda komandanın adı “Şuşa”dır:

“Maslyakov dedi ki, sizi başa düşürük, amma “Şuşa” adı başağrısı ola bilər. Onda dedim, biz imtina edirik və ölkəmizə qayıdırıq. Otaqdan çıxmaq istəyəndə, dedi, gözlə, biz bir də müzakirə edək. İndi gözləyirik, desələr ki, “Şuşa” adı ilə iştirak edə bilərik, onda davam edəcəyik, əgər başqa adla iştirakımızı istəsələr, geri dönəcəyik”.

Daha ətraflı videomaterialda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR