Türkiyə Akıncı PUA-nın satışına başlayır

Türkiyə Bayraktar Akıncı Pilotsuz Uçuş Aparatlarının (PUA) satışına dair ilk ixrac müqaviləsini imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agnentliyinə "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar deyib.


“Bayraktar Akıncı PUA-nın ilk ixrac müqaviləsini də tamamladıq. Müqavilə çərçivəsində 2023-cü ildə Bayraktar Akıncını təslim edəcəyik. Bundan əlavə, Bayraktar TB2 PUA-lar üçün 16 ölkə ilə ixrac müqaviləsi imzaladıq”, - deyə o bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR