“Eurovision-2022” mahnı müsabiqəsinin yarımfinal və final mərhələsinin vaxtları bəlli olub.

Metbuat.az xəbər verir ki, bu barədə yarışmanın rəsmi saytında məlumat paylaşılıb.

Qeyd olunub ki, Azərbaycan mayın 12-də ikinci yarımfinal mərhələsində çıxış edəcək. Birinci final mərhələsi isə mayın 10-da olacaq.

Sloqanı "The Sound of Beauty" ("Gözəlliyin səsi") olan müsabiqənin final mərhələsi isə mayın 14-də İtaliyanın Turin şəhərində keçiriləcək.