x
Loading...

"Neftçi" daha bir legioneri ilə vidalaşdı

"Neftçi" müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan qvineyalı futbolçu Mamadu Kane ilə vidalaşıb.

Bu barədə Metbuat.az-a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib. O, 25 yaşlı yarımmüdafiəçinin böyük ehtimalla "ağ-qaralar"a qayıtmayacağını bildirib.

Mamadu Kane ötən yay "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.

Allahverdiyev həmçinin Rusiyanın "Ufa" klubunda çıxış edən Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevlə danışıqların davam etdiyini söyləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR