Qırğızıstanla sərhəddə münaqişə zamanı Tacikistanın beş vətəndaşı yaralanıb, biri ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə Tacikistanın ASIA-Plus media qrupu məlumat yayıb.

"Somoniyon kəndində münaqişə zamanı güllə yarası ilə yaralananların sayı 5 nəfərə çatıb, onlardan ikisi hərbçi, üçü mülki şəxsdir", - məlumatda deyilir.

Yaralıların vəziyyəti stabildir. Onlar İsfara Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Tacikistan-Qırğızıstan sərhədinin insident baş verən hissəsində yaranan gərginliklə əlaqədar Tacikistan sərhədçiləri gücləndirilmiş növbətçi rejimə keçirilib. Hər iki tərəfin yerli hakimiyyət orqanlarının nümayəndələri münaqişə vəziyyətinə son qoymaq üçün bütün tədbirləri görürlər.