Qırğızıstanla Tacikistan arasında atəşkəs elan olundu

Qırğızıstan və Tacikistan arasında tam atəşkəslə bağlı razılıq əldə olunub.

Metbuat.az xəbər verir ki, bu barədə Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.

Danışıqların yekunlarına görə, tam atəşkəs haqqında, o cümlədən hər bir tərəfin sərhədə cəlb edilmiş əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə çıxarılması haqqında, Batken-İsfana magistral yolu boyunca hərəkətin açılması, münaqişələrin qarşısının alınması üçün Qırğızıstan və Tacikistanın sərhədyanı rayonlarının hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə patrul xidməti haqqında razılıq əldə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR