Çili - Argentina matçında kuryoz hadisə

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsi çərçivəsində keçirilmiş Çili – Argentina oyununda qeyri-adi hadisə qeydə alınıb.

Metbuat.az xəbər verir ki, yan xətt hakimləri oyun üçün nəzərdə tutulan bayraqları hoteldə unudublar.

Buna görə də laynsmanlar döşəməsilən və mühafizəçilərin jiletlərindən yeni bayraqlar düzəldərək vəziyyətdən çıxıblar.

Qeyd edək ki, görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR