Sabirabad rayonunda bir ailə dəm qazından zəhərlənib.

Metbuat.az-ın məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Fərəcovlar ailəsinin 5 üzvü - Arzu, Səbinaz, Aysel, Adəm və Asif evdə dəm qazından zəhərlənib.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.