Avtomobil bazarının lideri açıqlandı

Ötən ilin avtomobil bazarının lideri açıqlanıb.

Metbuat.az xəbər verir ki, ötən il Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” mini-avtomobil istehsalçısı “Daihatsu” və pikap istehsalçısı “Hino” da daxil olmaqla, qlobal miqyasda təxminən 10,5 milyon avtomobil satıb.

Bu, 2020-ci illə müqayisədə 10,1 % çoxdur. “Toyota”nın “COVID-19” pandemiyası səbəbi ilə zavodlarının bağlanmasından və yarımkeçirici çip təchizatı çatışmazlığından yerli və xarici rəqiblərinə nisbətən daha az təsirləndiyi bildirilib.

Bununla da, Yaponiya şirkəti qlobal avtomobil satışlarında ən yaxın rəqibi Alman istehsalçısı “Volkswagen”in ötən ilki satışlarını geridə qoyub və 2020-ci ildə etdiyi birinciliyi qoruyub saxlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR