Türkiyədə polisləri daşıyan mikroavtobus aşdı,

Türkiyənin İstanbul şəhərində yolların buz bağlaması və duman səbəbindən polisləri daşıyan mikroavtobus aşıb.

Metbuat.az xəbər verir ki, nəticədə 13 polis yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerinə çox sayda polis, təcili tibbi yardım xidməti və xilasedicilər cəlb olunub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR