Pekinə gedən idmançılara xəbərdarlıq: Şəxsi telefonlardan istifadə etməyin

ABŞ-ın Federal Təhqiqatlar Bürosu Pekin Qış Olimpiya oyunlarına qatılacaq amerikalı idmançılara çağırış edib.

Metbuat.az xəbər verir ki, çağırışda amerikalı idmançılardan mobil telefonlarını Çinə aparmamaq tövsiyyə olunub. Səbəb kimi isə telefonlara kiber hücumların təşkil edilə biləcəyi göstərilib. Federal Təhqiqatlar Bürosu idmançılara Çində olarkən müvəqqəti telefonlardan istifadə etməyi tövsiyyə edib.

Qeyd edək ki, Böyük Britaniya, Avstraliya, Hollandiya və Kanada da idmançılara belə çağırış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR