Emrelinin anası DANIŞDI: "Legiyada Mahirin təhlükəsizliyi təmin olunmurdu"-

Son yarım ildə Azərbaycan futbolunun az qala hər gününün müzakirə mövzusuna çevrilən Mahir Emreli yeni sınağı qarşısına aldı. Millimizin hücumçusu bundan sonra tək Xorvatiyanın deyil, Avropanın da sayılıb seçilən komandalarından olan Zaqreb “Dinamo”sunun şərəfini qoruyacaq.

Metbuat.az xezerxeber.az-a istinadən xəbər verir ki, son dönəmlər Emrelinin yaşadıqları barədə anası Elnurə Emreli danışıb. Mahir Emrelinin “Dinamo”ya keçidi ilə tək anası Elnurə Emrelinin deyil futbolçuya azacıq da olsa rəğbət bəsləyənlərin böyük əksəriyyətinin istədiyi oldu desək yəqin ki yanılmarıq. Dünya futboluna saysız-hesabsız futbolçu bəxş edən bir klubda azərbaycanlı oynayacaq, Azərbaycan futbol baxımından da diqqət mərkəzində olacaq.

“Visla” klubuna məğlubiyyətdən sonra “Legiya”nın fanatları avtobusa daxil olaraq braziliyalı Lukinyasla Mahirə hücum etmişdilər. Bu hadisədən az sonra Lukinyas kluba dönsə də, Emreli hətta futbolsuz qalmaq təhlükəsini də gözə alaraq Polşa klubuna qəti şəkildə hər hansı güzəştdən imtina edib.

Mahir Emreli “Dinamo”ya keçsə də, Türkiyə klubları ilə bağlı deyilənlər əbəs deyilmiş.

“Dinamo Zaqreb” Mahir Emrelini Avropa Liqası üçün sifariş ərizəsinə daxil edib. Bu isə o deməkdir ki, gözləntilər açıq-aşkar və böyükdür. Emreli isə rəqabətə hazırdı və yeni sınaqlardan çəkinmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR