Aysun nişanlısı ilə tanışlığından danışdı:

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova nişanlısı ilə tanışlığından danışıb.

Metbuat.az xəbər verir ki, instaqram hesabında canlı yayımında izləyicilərinin suallarını cavablandıran Aysun Eşqinlə necə tanış olduğunu açıqlayıb:

"Eşqin anamgil ilə görüşmək üçün bizim restorana gəlmişdi. Orada məni gördü və vuruldu. Sən demə onun 5 ildir ki, məndən xoşu gəlirmiş. Sonra qaynanam mənə dedi ki, "5 il əvvəl sənin videolarını mənə göstərirdi ki, gör nə qəşəng qızdır. İkimiz də elə ilk görüşdə bir-birimizə vurulduq".

Qeyd edək ki, Aysunun nişan mərasimi bu il yanvarın 25-də Moskvada baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR