Bitkoin kəskin bahalaşdı - FOTO

Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 41 min ABŞ dollarını keçib.

Metbuat.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 9,4 % bahalaşaraq 41,5 min dollara satılıb. Nəticədə onun kapitallaşması 785,9 milyard dollara çatıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 6,2 % artaraq 3 min ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər əldə edən “Terra”dır.

Kriptovalyuta bazarının toplam dəyəri 1,9 trilyon ABŞ dolları həddində qərarlaşıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 16:25-ə olan məlumatları aşağıdakı kimidir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR