Almaniya Kiyevə silah verməkdən imtina etdi:

"Almaniya Ukraynaya beş min qoruyucu papaq (dəbilqə) verib, silah təchizatı isə ciddi şəkildə məhdudlaşdırılıb".

Metbuat.az xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolz "The Washington Post" qəzetinə müsahibəsində deyib.

"Birincisi, Ukrayna dəbilqə istədi və biz bu tələbə cavab verdik. İkinci tələb silah ilə bağlı idi. Bildirmək istəyirən ki, böhran olan bölgələrə silah ixrac edərkən bizim riayət etdiyimiz ciddi ixrac meyarları var. Almaniyanın əvvəlki hökümət ilə silah ixracına qoyulan məhdudiyyətlərin müddəti hələ də davam edir".

Qeyd edək ki, Almaniya Respublikanın Müdafiə Nazirliyi daha əvvəl Kiyevə beş min dəbilqə verəcəyini açıqlamışdı. Ukraynanın Almaniyadakı səfiri dəfələrlə müdafiə silahlarının çatdırılmasına başlanılmasını tələb edib, lakin Sosial Demokrat Şolzun başçılıq etdiyi Almaniya hökuməti münaqişə bölgələrinə silah ötürməyəcəklərini bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR