Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 394 milyonu keçib.

Metbuat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 235 694 yoluxma halı və 10 826 ölüm halı qeydə alınıb.

Hazırkı dövrədək koronavirusa 394 381 395 nəfər yoluxub. Onlardan 5 735 179 nəfəri vəfat edib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR