“Barcelona”nın baş direktoru istefa verib

“Barcelona”nın baş direktoru Ferran Reverter vəzifəsini tərk etmək qərarına gəlib.

Metbuat.az xəbər verir ki, Reverter klub prezidenti Joan Laporta ilə görüşdə şəxsi səbəblərə görə, ayrılmaq istədiyini bildirib. Yeni baş direktor təyin olunduqdan sonra bu istefa qüvvəyə minəcək.

Qeyd edək ki, Ferran Reverter ötən ilin iyulundan “Barselona”da çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR