Türkiyənin dostuna sui-qəsd təşkil edildi

Siyasi böhranın yaşandığı Liviyada Baş nazir Əbdülhəmid Dibeybeyə qarşı sui-qəsd təşkil edilib.

Metbuat.az xəbər verir ki, Baş nazir hücumdan zərər görmədən xilas olub. Röyters agentliyinin məlumatına görə, Dibeybe paytaxt Tripolidəki evinə gedərkən, avtomobili atəşə tutulub. Hadisəni törədən şəxs aradan çıxıb. Bu gün Nümayəndələr Palatası müvəqqəti hökumətə başçılıq edəcək şəxsi seçmək üçün toplanacaq.

Qeyd edək ki, Dibeybe Türkiyəyə yaxınlığı ilə bilinir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR