Səudiyyə Ərəbistanına PUA-larla hücum edildi -

Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanının Abha hava limanını PUA-larla hədəfə alıb.

Metbuat.az xəbər verir ki, bu barədə koalisiya qüvvələri məlumat yayıb. Məlumata görə, hadisə zamanı 4 nəfər yaralanıb. Hava hücumundan müdafiə sistemləri PUA-ları zərərsizləşdirib. Husi üsyançıları hücum barədə açıqlama verməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Husi üsyançıları PUA-larla Birləşmiş Ərəb Əmirliklərinə hücum etmiş bir neçə nəfər yaralanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR