M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxananın baş həkimi Pərviz Hacıyev vəzifəsindən ayrılıb.

Metbuat.az xəbər verir ki, bu haqda özü məlumat yayıb. O, işindən ayrılma səbəbini pasiyentlərinə vaxt ayıra bilməməsilə əlaqələndirib:

“Respublika Kliniki Uroloji Xəstəxanasından ayrıldım, öz inkişafıma və xəstələrimə daha çox vaxt ayırmalıyam, icazə istədim. Mənə etimad edib bu məsuliyyətə layiq gördükləri üçün TƏBİB-ə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərlərinə təşəkkür edirəm”.

P. Hacıyev bu vəzifəyə 2020-ci ilin noyabrında təyin olunmuşdu.

Qeyd edək ki, Pərviz Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.