12 illik cəzası bitdi, 46 yaşında yenidən meydanlara qayıtdı

12 il müddətinə futboldan uzaqlaşdırılan Françesko Flaki meydanlara geri dönüb.

Metbuat.az xəbər verir ki, A seriyasının “köhnə futbolçular”ından olan Françesko 12 il sonra – 46 yaşında futbola qayıdıb.

O, İtaliyanın 5-ci liqa komandalarından olan “Signa 1914” ilə müqavilə bağlayıb.

Qeyd edək ki, o, karyerası ərzində A Seriyasında 134 oyuna çıxan Flaki 42 qol vurub.

2010-cu ildə narkotikadan istifadəyə görə futboldan uzaqlaşdırılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR