Putin qərbə BÖYÜK OYUN oynadı: “15 fevral günü tarixə keçəcək”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ordunun bəzi biliklərinin hərbi bazalara geri qayıtmasına dair diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, o yazılı açıqlamasında bildirib:

“15 fevral 2022-ci il qərbin müharibə təbliğatının uğursuzluğa düçar olduğu gün kimi tarixə keçəcək. Tək güllə atılmadan rəzil oldular”.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi ordunun bəzi birliklərinin Ukrayna sərhədində hərbi təlimləri başa vuraraq geri qayıtdığını açıqlayıb.

Qərb mediası və ölkələri Rusiyanın fevralın 16-da Ukraynaya hücum edəcəyinə dair iddialar irəli sürmüşdü.

Ekspertlər hesab edir ki, prezident Vladimir Putin hərbi birliklərinin bir hissəsini geri çəkməklə müharibə anonsları edən qərb dövlətlərinin yalan danışdığını nümayiş etdirmək istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR