BDU-nun daha 4 fakültəsinə dekan seçilib

Bakı Dövlət Universitetinin (BDU) daha 4 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçkilər başa çatıb.

Universitetdən Metbuat.az-a verilən məlumata görə, səsvermə yolu ilə yeni dekanlar müəyyənləşib.

Yeni dekanların siyahısını təqdim edirik:

Aydan Xəndan – Şərqşünaslıq fakültəsi

Laçın Abışlı - Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Fuad Kərimov - Kimya fakültəsi

Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi

Qeyd edək ki, yanvar ayının ortalarında BDU-nun 8 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçki keçirilib. Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)