Bağça müəllimlərinin işə qəbulu imtahanla keçiriləcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib. Onun sözlərinə görə, bunun üçün artıq mexanizm hazırlanır:

"Bağça müəllimlərinin işə qəbulunun həyata keçirilməsi üçün mexanizmlər hazırlanır. Yeni qaydalar haqqında ictimaiyyətə məlumat veriləcək. Yeni mexanizmə uyğun bunu obyektiv və ədalətli formada həyata keçirmək nəzərdə tutulur”.