"Mançester Yunayted" Nikolas Qaytanın transferini bitirmək üzrədi.

Metbuat.az-ın xəbərinə görə, MY Qaytanın müqabilində "Sportinq"də icarə əsasında çıxış edən futbolçusu Nanini "Benfika"ya göndərmək istəyir.

Nani daha öncə "Sportinq"də qalmayacağını bildirmişdi. Digər tərəfdən, "Mançester Yunayted" portuqaliyalının xidmətində maraqlı deyil. Bu səbəbdən də "mankunyanlar" Nanini Qaytan transferində istifadə etmək qərarına gəliblər.