Putinin Türkiyəyə səfər edəcəyi tarix dəqiqləşdirilir - Kreml

“Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri barədə müzakirələr davam edir”.

Metbuat.az xəbər verir ki, diplomatik mənbələr səfərin detalları barədə danışıqları davam etdirsə də, dəqiq tarix müəyyən edilməyib. Peskov bildirib ki, səfərin tarixinin seçilməsi prezidentlərin proqramından və pandemiya şərtlərindən asılıdır.

Qeyd edək ki, Peskov bundan əvvəlki açıqlamasında da bildirmişdi ki, Vladimir Putinin Türkiyəyə səfər edəcəyi razılaşdırılıb. Lakin tarix hələ dəqiq deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR