Ciddi münasibət axtaranlar üçün YENİ İXTİRA:

Sauthempton Universitetinin alimləri ciddi münasibət üçün potensial partnyorun axtarış düsturunu tərtib ediblər.

Metbuat.az technote.az-a istinadla bildirir ki, tərtib edilmiş düstur Dreyk tənliyinə əsaslanır. Bu tənlik qalaktikada bizimlə əlaqəyə girmək ehtimalı olan sivilizasiyaların sayını hesablamağa imkan verən riyazi formuldur.

Mütəxəssislər düşünürlər ki, indiki vəziyyətdə ciddi münasibət üçün potensial partnyoru tapmaq yadplanetli sivilizasiyanı tapmaqdan daha asandır. Bu proses üçün nəzərdə tutulmuş düsturun yaradılması üçün Dreyk tənliyi heç də təsadüfən seçilməyib. Belə ki, Dreyk tənliyində çoxlu sayda faktor var və həmin faktorlardan istifadə edərək potensial partnyorun axtarış kriteriyalarını təyin etmək olar. Mütəxəssislər tərəfindən təqdim edilmiş faktorlar isə aşağıdakı kimidir:

G - potensial partnyorların sayı

R - ölkədəki əhali artımı

fG - axtaranın üstünlük verdiyi cinsdən olan əhalənin nisbəti

fL - potensial partnyor axtarışı aparılan şəhərdə kişi/qadın nisbəti

fA - potensial partnyor axtarışı aparılan şəhərdə üstünlük verilən yaş üzrə kişi/qadın nisbəti

fU - potensial partnyor axtarışı aparılan şəhərdə üstünlük verilən yaş üzrə ali təhsilli kişi/qadın nisbəti (vacib olmayan faktor)

fB - potensial partnyor axtarışı aparılan şəhərdə üstünlük verilən yaş üzrə ali təhsilli və cəlbedici kişi/qadın nisbəti

L - potensial partnyor axtarışında olanın yaşı.

Beləliklə, bu faktorlar üzərində qurulmuş düstur belədir: G = R x fG x fL x fA x fU x fB x L

Sözügedən düsturdan istifadə edərək bu və ya digər şəxs elmi nöqteyi nəzərdən öz şanslarını qiymətləndirərək potensial partnyor tapa bilər. Dreyk tənliyinə daxil olan bir çox faktor hələ də məlum deyil. Həmin faktorlar aşağıdakılardır:

- Əlaqəyə girməyə hazır olan şüurlu sivilizasiyaların sayı

- Süd Yolu qalaktikasında il ərzində yaranan ulduzların sayı

- Planetlərə sahib olan və Günəşə bənzəyən ulduzların qalaktikamızdakı nisbətləri

- Sivilizasiyanın formalaşması üçün uyğun şərtlərə sahib planetlərin (və peyklərin) orta sayı

- Uyğun şərtlərə sahib planetdə həyatın yaranma ehtimalı

- Həyatın mövcud olduğu planetdə şüurlu həyat formasının yaranma ehtimalı

- Əlaqəyə girmək bacarığını özündə birləşdirən və həmin əlaqə imkanlarını axtaran şüurlu canlılara sahib planetlərin sayının şüurlu canlılara sahib planetlərin sayına olan nisbəti

- Şüurlu həyat formasının mövcud olduğu, əlaqəyə girə bildiyi və bunu istədiyi zaman kəsiyi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR