Güllə atıcılığı üzrə Bakı çempionatının qalibləri müəyyənləşib

Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Bakı çempionatı keçirilib.

Metbuat.az xəbər verir ki, yarışda 45 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Pnevmatik tapançadan atəşaçma yarışlarında qadınlar arasında Nigar Nəsirova (566 xal), kişilərin mübarizəsində Vladislav Kalmıkov (567 xal) qalib olublar.

Pnevmatik tüfəngdən atəşaçma yarışlarında isə İlahə İsmayılzadə (583,9 xal) və Ramiz Xəlilov (611,1 xal) birinci yeri tutublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR