Çin Rusiya-Ukrayna sərhədindəki vəziyyətə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Çinin BMT-dəki daimi nümayəndəsi Zhanq Jun tərəfləri təmkinli olmağa çağırıb. O bildirib ki, tərəflər gərginliyi artıracaq həmlələrdən yayınmalıdır. Çinin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Pekin Ukraynadakı vəziyyəti narahatlıqla izləyir. “Ölkələrin qanuni təhlükəsizlik narahatlıqlarına hörmət edilməlidir” - açıqlamada bildirilir.