Bu gün ölkədə 1 dəqiqəlik sükut olacaq

Bu gün Azərbaycanda Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

A. Əsgərli bildirib ki, bu gün saat 17:00-da avtomobil yollarında hərəkət dayandırılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR