Belarusda referendum baş tutdu:

Belarus Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən respublika referendumunda yerli vaxtla saat 18:00-a seçicilərin 74,86 faizi iştirak edib.

Metbuat.az xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko bildirib.

Onun sözlərinə görə, ölkə üzrəd referendumda səsvermə siyahılarına daxil edilmiş vətəndaşların 74,86 faizi artıq səs verib.

Qeyd edək ki, Belarus ərazisində referendumda səs vermək üçün 5510, o cümlədən sanatoriyalarda, dispanserlərdə, istirahət evlərində, xəstəxanalarda və stasionar tibbi yardım göstərən digər səhiyyə təşkilatlarında 217, hərbi hissələrdə 12, seçki məntəqəsi yaradılıb.

Referendumda səsvermə siyahılarına daxil edilmiş vətəndaşların yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR