Rusiya Bankı uçot dərəcəsini 20 %-ə qaldırıb

Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) İdarə Heyəti növbədənkənar iclasında uçot dərəcəsini 20%-ə qaldırıb. Bu, tarixi maksimumdur.

Metbuat.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Direktorlar Şurası Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artırılaraq 9,5 %-dən 20 %-ə qaldırılması barədə qərar qəbul edib.

Rusiya Bankı qeyd edir ki, faiz dərəcəsinin artırılması artan devalvasiya və inflyasiya risklərini kompensasiya etmək üçün depozit faizlərinin lazımi səviyyəyə yüksəlməsini təmin edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR