Yaponiya Rusiya Mərkəzi Bankına qarşı sanksiya TƏTBİQ ETDİ

Yaponiya Rusiya Mərkəzi Bankına qarşı sanksiyaları açıqlayıb.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edib.

Bu sanksiyaların Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı da şəxsən tətbiqi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədəki hesabında Yaponiyanın baş naziri Fumio Kişidaya göstərdiyi dəstəyə görə təşəkkür edib. Qeyd edək ki, Yaponiya Ukraynaya 100 milyon dollar yardım edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR