Avropa Məhkəməsi Rusiyaya qadağa qoydu

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyaya Ukraynanın mülki şəhərlərini bombalamağı dayandırmağı əmr edib.

Metbuat.az xəbər verir ki, bu barədə məhkəmənin yaydığı bəyanatda deyilir:

“Məhkəmə Rusiya hökumətinə mülki əhaliyə və mülki obyektlərə, xüsusən də yaşayış binalarına, təcili yardım maşınlarına, məktəblərə və xəstəxanalara hərbi hücumlardan çəkinməyi əmr edir. Rusiya qoşunlarının hücumuna məruz qalan və ya mühasirəyə alınan ərazilərdə tibb müəssisələrinin, şəxsi heyətin və fövqəladə-xilasetmə xidmətlərinin təhlükəsizliyi dərhal təmin edilməlidir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR