Türkiyə Rusiyaya qarşı sanksiyalar paketi planlaşdırmır

Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ankaranın Rusiya ilə "kanallar"ı açıq saxlamaq üçün Moskvaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını deyib.

"Ölkəmizin prioritetlərini nəzərə alaraq hərəkət etməliyik. Rusiya ilə danışa bilən aktor olmalıdır. Hamı körpünü dağıdanda Rusiya ilə kim danışacaq? Biz bu kanalı açıq buraxmaq üçün sanksiyalar paketi planlaşdırmırıq, - Kalın deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR