Ukrayna - Rusiya müharibəsinin onuncu günü:

Ukrayna Müdafiə Nazirliyi (MN) müharibənin onuncu günü ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda qızğın döyüşlərin getdiyi, qarşı tərəfin mülki obyektləri, o cümlədən yaşayış binalarını, xəstəxanaları, bağçaları hədəf aldığı qeyd olunub.

Müdafiə Nazirliyi bütün istiqamətlərdə sərhədlərin ordu tərəfindən qorunduğunu qeyd edib:

“Ukrayna Silahlı Qüvvələri bütün istiqamətlərdə sərhədləri qoruyub saxlamaqda davam edir. Hələlik bəzi uğurları deyə bilmirik”, - məlumatda bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR