Zelenski Putinlə danışıqlara razılaşdı

Ukrayna Prezident Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə danışıqlara razılaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Məlumata görə, Ukraynanın dövlət başçısı Prezident Rəcəb Tayyib Ərdoğanla söhbətində Putinlə Türkiyədə danışıqlara razılıq verib. Zelenskinin Rusiya lideri ilə görüşü Ankara və ya İstanbul şəhərlərində baş tuta bilər.

Qeyd edək ki, Türkiyə hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra sülhün bərqərar olmasına kömək etməyə çalışır. Sabah - martın 6-da Ərdoğan Putinlə telefon danışığı aparacaq. Danışıqlarda Putinin Zelenski ilə görüşü müzakirə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR