Gürcüstanda Stalinin büstü dağıdıldı -

Naməlum şəxslər dünən gecə saatlarında İosif Stalinin Gürcüstanın Qori rayonunun Variani kəndindəki büstünü təhqir ediblər.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin “Formula” telekanalı məlumat yayıb.

Telekanal iki maskalı gəncin çəkiclə büstü dağıtması və “Xalqlar atası”nın başını qopardığı ilə bağlı görüntüləri yayımlayıb.

Bu hadisənin məhz “Xalqlar atası”nın ölüm günündə baş verməsi narazılıq doğurub.

Polis araşdırmaya başlayıb.

Bildirilir ki, Stalinin büstü fevralın ortalarında Variani kəndində şəxsi torpaq sahəsində qoyulub. Bundan bir neçə gün sonra büstün üstünə qırmızı boya tökərək təhqir ediblər.

Qeyd edək ki, Stalin tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyətin siyahısına daxil edilib. Onun barəsində fikirlər birmənalı olmayıb. Bəziləri Stalini güclü siyasi lider, digər bir qrup isə onu qəddar tiran adlandırıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR