Zelenski Putinlə birbaşa danışıqlara hazırdır

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya dövlət başçısı Vladimir Putinlə birbaşa danışıqlara hazırdır.

Metbuat.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Andrey Sibiqa deyib.

“Biz müharibənin dayandırılmasının və sülh danışıqlarının tərəfdarıyıq. Ukrayna prezidenti isə Putinlə birbaşa danışıqlara hazırdır. O, gündəlikdəki hər hansı məsələ barədə danışmaqdan çəkinmir. Təbii ki, heç bir ultimatum olmadan və qətiyyətlə” - Sibiqa bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR