Putin Ukraynadakı vəziyyətə görə tez-tez Ərdoğana zəng edir -

Fransanın France 24 televiziyasında Ukrayna münaqişəsi ilə bağlı yayımlanan sujetdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya təsir imkanlarından danışılıb.

Metbuat.az xəbər verir ki, televiziyanın məlumatına görə, liderlərin son telefon danışığı zamanı Ərdoğan Putinə Ukraynadakı vəziyyətə görə narahatlığını çatdırıb və atəşkəsin tezliklə tətbiq edilməsinin vacibliyini bildirib.

“Bu reallıqdır ki, Ərdoğan və Putin çox yaxşı anlaşa bilir” deyən müəllif, Türkiyənin Ukrayna məsələsində tərəfsiz siyasət yürütdüyünə diqqət çəkib. Sujetdə bildirilir ki, Putinin ən çox zəng etdiyi dünya lideri Ərdoğandır. Müəllif Ərdoğanın Ukrayna və Rusiya arasında vasitəçi rolunun önəmini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR